Deputatın oğlu turistləri döyüb?! - "Mən özüm də orada olmuşam"
Bu gün bəzi mətbuat orqanları Lerikin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Məmmədovun dekabrın 31-də “Relax” istirahət mərkəzində dava saldığı barədə məlumat yayıb.
Qeyd edilib ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. İddia olunur ki, deputatın oğlu butulka ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.
Milli Məclisin 78 saylı Lerik seçki dairəsindən deputatı İqbal Məmmədov Modern.az-a açıqlamasında məlumatı təkzib edib.
Deputat bildirib ki, bayram günlərində özü də “Relax”da olub və yayılan məlumat həqiqətəuyğun deyil:
“Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır. Əgər belə bir şey olubsa, hüquq-mühafizə orqanları var. Özbaşınalıq deyil ki, kimsə kimisə döysün. Oğlum Türkiyədə təhsil alır. Bayramı bizimlə keçirdikdən sonra yenidən Türkiyəyə qayıdıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!