Deputatın oğlu mit-də: Azərbaycanlı tələbələr dünya reytinqlərində zirvəyə doğru
Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.
Minval.info xəbər verir ki, bu tələbələrdən 7-si ABŞ-nin prestijli Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub. Onların arasında Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimli də var.
Heydər Kərimli Massaçusets Texnologiya İnstitutunda maliyyə ixtisası üzrə magistratura təhsili alacaq. Bu universitet, ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində yerləşir və mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. 1861-ci ildə təsis edilən bu ali təhsil ocağı, “QS World University Rankings 2027” hesabatına əsasən, dünyanın ən yaxşı universiteti seçilib.
Qeyd edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli də ali təhsilini ABŞ-də tamamlayıb və Harvard Universitetinin məzunudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib