Deputatdan sərt sözlər: “Mühitimizi murdarlamayın, ayıbdır”
Bakı. 14 mart. Minval.İnfo/ Son zamanlar sosial şəbəkələrdə gənc yazarlar milli-mənəvi dəyərlərimizə, böyük sənətkarlarımıza tənqid adı altında təhqiramiz ifadələr işlətməklə gündəmə gəlməyə çalışırlar.
Elə sosial şəbəkələrdə gənc yazarların bu addımı etirazla qarşılanıb və belə insanlara qarşı tədbirlərin görülməsini də istəyiblər. Milli Məclisin deputatı Fəzail Ağamalı məsələ ilə bağlı Minval.info saytına danışıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Deputat deyib ki, bunlar hamısı gündəmə gəlmək vasitəsindən başqa bir şey deyil:
“Nəsillər arasında həmişə ziddiyyətlər olub, amma bu ziddiyyətlər barışmaz xarakter daşımamalıdır. Mən bu gün böyük sənətkarlarımızı tənqid edən, özünü sənətkar adlandıranlara sual vermək istəyirəm ki, özünüzün bu gün ortaya qoya biləcəyiniz bir əsəriniz, şeiriniz varmı? Sabirin “oxutmuram əl çəkin” şeirinin bu gün də aktualdır. Çünki bəzi bölgələrimizdə hələ də qızlarını 15 yaşında evləndirmək cəhdləri olur. Bu mövzuda belə bir şeiriniz varmı? Tənqid edin, amma Azərbaycan ədəbi mühitində böyük yeri olan sənətkarlı təhqir etmək sizə qalmayıb. Bunlar hamısı gündəmə gəlmək vasitəsindən başqa bir şey deyil. Ondansa, əsərinizlə gündəmə gəlin”.
Fəzail Ağamalı bu məsələnin Milli Məclisdə səsləndirilməsi barəsində də danışıb: “Belə aşağı səviyyəli söhbətlərin Milli Məclis kimi ciddi bir müəssisə də qaldırılmağı isə sadəcə o tip insanları ciddiyə almaq deməkdir. Əgər biz Milli Məclisdə bu barədə məsələ qaldırsaq onlar öz arzularına çatmış olacaqlar. Bəlkə də, bunlar xüsusi olaraq idarə olunan insanlardılar ki, bu gün mühitimizi zəhərləməyə çalışırlar. Onlara demək lazımdır “Sən kimsən ki, o boyda sənətkar haqqında fikir bildirirsən?” Lütfən mühitimizi murdarlamayın, ayıbdır. Çalışın yaradıcılığınızla mühitimizi zənginləşdirin”.
Məleykə
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
