Deputat televizyalardan şikayətləndi: “Belə görüntü yaranır ki, biz xalqı düşünmürük”
Fazil Mustafa deputatların AzTV və İctimai televiziyalarının fəaliyyətinin yaxşı işıqlandırlmamasından şikayətləndi.
Avropa.info xəbər verir ki, deputat Fazil Mustafa bunu “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
Onun sözlərinə görə, artıq ikinci həftədir parlamentdə növbəti ilin büdcəsi müzakirə olunsa da, Azərbaycan telekanallarında cəmiyyətə yetərincə məlumat çatdırılmır:
“Verilən məlumatlar da çox qısadır. Cəmiyyət müzakirələrdə deputatların hansı mövqe sərgilədiyni bilmir. Cəmiyyətdə belə görüntü yaranır ki, deputatlar xalqın qayğısına qalmır, onları düşünmür. Amma reallıqda belə deyil. Deputatalar xeyli fikirlər səsələndirirlər. O baxımdan mən də parlamentin özünün televiziyasının olmasını və buradakı müzakirələrin cəmiyyətə çatdırılmasında müstəsna rol oynayardı. Deputataların parlamentdəki müzakirələrdəki fikirlərinin cəmiyyətə çatdırılması bizlərin təbliğat baxımından da maraqlarımıza uyğundur.Bu barədə ciddi düşünmək lazımdır”.
Fazil Mustafa, eyni zamanda, deputataların maaşlarının artırlması, mənzil tikintisi ilə bağlı səsələnən fikirləri dəstəklədiyini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi