Deputat Məmmədovdan maraqlı xəbərdarlıq: Suyun dəyərini yalnız çatışmayanda anlamayın!
Deputat Ceyhun Məmmədov suyun həyatımızdakı əhəmiyyətini və onun israfının qarşısını almağın vacibliyini vurğulayıb. O, insanların çox vaxt suyun dəyərini yalnız çatışmadığı zaman anladığını qeyd edib.
Minval.info xəbər verir ki, Ceyhun Məmmədov suyun israfı ilə bağlı gündəlik vərdişlərimizə diqqət çəkərək, diş fırçalayarkən suyun boş yerə axıdılmasının, maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edilməsinin qarşısını almağın vacibliyini bildirib.
Deputat əlavə edib ki, suyun dəyərini yalnız hesablar gələndə deyil, hər zaman anlamaq lazımdır. Suyun qiyməti sayğacda görünür, amma əsl dəyəri həyatımızdadır. Buna görə də, suya qənaət etməyin səbəbi yalnız hesabın çox gəlməsi olmamalıdır. O, suyun israfının qarşısını almaq üçün kiçik addımların böyük dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır