Deputat: "Jurnalist həmkarlarımızın gənc yaşda dünyasını dəyişməsi çox üzücüdür"
“Onların ailələrinə ilk öncə jurnalist həmkarlar olaraq hamımız birlikdə dəstək olmalıyıq”.
Minval.info xəbər verir ki, deputat Qənirə Paşayevə jurnalistlərin vəfat etməsi ilə bağlı fikirlərini bildirib.
O, Ülviyyə Şamilqızı və Nicat Məlikovun dünyadan köçməsi xəbərinə çox üzüldüyünü qeyd edib: “Gənc idilər, böyük arzuları, xəyalları vardı… Nur içində yatsınlar. Onlara Allahdan rəhmət, əziz ailələrinə, sevənlərinə səbr diləyirəm. Son zamanlar bir neçə jurnalist həmkarımızın gənc yaşda dünyasını dəyişməsi çox üzücüdür”.
Qənirə Paşayeva sözlərinə görə, Azərbaycanda olmadığından vida mərasimlərində iştirak edə bilməyib: ”
“Onların ailələrinə ilk öncə jurnalist həmkarlar olaraq hamımız birlikdə dəstək olmalıyıq. Strasburqdan dönən kimi hər iki ailəni də ziyarət edəcəm. Acılarını paylaşırıq”.
Xatırladaq ki, ötən gün yerli mediada öncə Nicat Məlikovun, daha sonra isə Ülviyyə Şamilqızının vəfat etməsi barədə məlumat verildi. Nicatın ürək tutmasından, Ülviyənin Rusiyada avtomobil vurmasından sonra dünyasını dəyişdiyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirliyin dərsliyində rüsvayçılıq: Şəhid Mübariz haqqında biabırçı hekayə
Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatdı
Bayıldakı sürüşmə zonasında oliqarxlar villa tikirlər
"Özüm döydürmüşəm, DTX-yə gəlirəm" - Xudayarın anası
Mehman Hüseynov azadlığa buraxıldı - Foto - Video