Fazil Mustafa dövlət televiziyasını sərt tənqid etdi
Millət vəkili Fazil Musatafa İctimai Televiziyanı tənqid edib.
Minval.info xəbər verir ki, deputat telekanalın efirində yayımlanan veriliş barədə kəskin şəkildə narazılığını bildirib.
“İctimai Televiziyadakı veriliş diqqətimi cəlb etdi. İmamzadanın kəramətindən danışırdılar. Molla danışdı, alimciyəzlər danışdı, dinimizin əsasının İmamzadalar olduğu, bu ziyarətlərin insanın kamilləşməsinə faydası izah olundu, milli-mənəvi dəyərlərimizin əvəzolunmaz atributları olan ziyarətgahların qorunmasının vacibliyini vurğuladılar. Sonra deyirlər ki, niyə cahillik, xurafat baş alıb gedir” – Fazil Mustafa qeyd edib.
Deputat verilişdə səsləndirilən fikirlərə sərt reaksiya verib:
“Bu təbliğatı hansı ağıl sahibi düşünüb. 21-ci əsrdə bu milləti hansı nadanlığın əsirinə çevirməyi hədəfləyib. Anlamaq həqiqətən çətindir. İnanın ki, o şou verilişləri bundan daha az zərərlidir, cəmiyyətimiz üçün təhlükəni burada axtarmaq lazımdır”.
Sani / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bayılda yerin altından çay axır?
İlahiyyatçı Əkrəm Həsənovun qardaşı həbs edildi
Prezident köməkçisinin oğluna yüksək vəzifə verilib
Arif Alışanovu öldürməkdə ittiham edilən şəxslərin cəzası azaldıldı
Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı
Anar Məmmədovun məşhur göydələni sökülür, yoxsa...