06.10.2026 - 18:26
Deputat: Azərbaycanın suverenliyi müzakirə mövzusu ola bilməz
Siyasət 2 baxış

Deputat: Azərbaycanın suverenliyi müzakirə mövzusu ola bilməz

Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Bu barədə Milli Məclisin üzvü Tahir Mirkişili açıqlama verib.

Minval.info xəbər verir ki, deputatın sözlərinə görə, 2020-ci ilin sentyabr ayında Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Vətən müharibəsinə başladı və bu müharibə nəticəsində torpaqlarımızın böyük bir hissəsi azad edildi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə hərbi-siyasi nəticələr əsasında işğaldan qurtuldu.

Tahir Mirkişili qeyd etdi ki, müharibədən sonra Ermənistanın yeni reallığı qəbul etməkdə çətinlik çəkməsi və üçtərəfli Bəyanatın şərtlərini tam yerinə yetirməməsi regionda davamlı sülhün qarşısında əsas maneə oldu. Buna baxmayaraq, Azərbaycan məsələnin dinc yolla həllinə çalışdı.

Deputat əlavə etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu və nəticədə qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejimə son qoyuldu.

“Azərbaycan müharibəni seçmədi, müharibə Azərbaycana məcbur edildi. Ölkəmiz uzun müddət danışıqlara sadiq qaldı, lakin Ermənistanın təxribatları və öhdəliklərini yerinə yetirməməsi nəticəsində suverenliyimizi güc yolu ilə bərpa etmək məcburiyyətində qaldıq,” – deyə Mirkişili vurğuladı.

O, əlavə etdi ki, regionda davamlı sülh yalnız dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət əsasında mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: