Qərbi Azərbaycan İcması ABŞ konqresindəki dinləmələrə etiraz etdi
Qərbi Azərbaycan İcması (QAİ) noyabrın 18-də ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında keçirilmiş dinləmələrdə Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsindən narahatlığını ifadə edib.
Baku.ws-ın məlumatına görə, İcma bu barədə yayımladığı bəyanatda öz narazılığını bildirib. Bəyanatda qeyd olunub ki, Komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti və azərbaycanlıların hüquqlarına qarşı etinasızlıq nümayiş etdirilib.
İcma, həmçinin “Christian Solidarity International” təşkilatının Azərbaycan əleyhinə fəaliyyətindən narahat olduğunu vurğulayıb. Bildirilib ki, dinləmələrdə Azərbaycan əleyhinə ittihamlar səsləndirilib, lakin Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqları və onların mədəni irsi haqqında heç bir müzakirə aparılmayıb.
ƏLAQƏLİ
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
Bəyanatda, məsələlərin dini təəssübkeşlik əsasında təqdim edildiyi və insan hüquqları adı altında obyektivliyin sual altına alındığı qeyd edilib. İcma, Tom Lantos Komissiyasını və “Christian Solidarity International” təşkilatını qərəzli yanaşmadan əl çəkməyə və gələcək dinləmələrə Qərbi Azərbaycan İcmasını da dəvət etməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
İspaniya xarici diplomların tanınmasını dayandırdı: səbəb nədir?
Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək
Tramp, Putin və Szinpin ayaqüstü qısa söhbət etdi - VİDEO
Azərbaycan-Almaniya universiteti yaradıla bilər
Almaniya İrana bakıdan çağırış etdi
Berlin Cənubi Qafqazda moskvaya qarşı