20.11.2026 - 15:34
Paşinyan müxalifətə müraciət etdi: Bunu etsəniz, namizəd olmayacağam
Siyasət 242 baxış

Paşinyan müxalifətə müraciət etdi: Bunu etsəniz, namizəd olmayacağam

Publika.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyada 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsi təklifini yenidən irəli sürüb.

Paşinyan, müxalifətdən bu referendum üçün lazım olan 6 səsi təmin etmələrini istəyib. O bildirib ki, əgər xalq yeni Konstitusiyaya qarşı səs verərsə və arqumentlərim ictimaiyyəti inandıra bilməzsə, referendumun nəticələri rəsmi dərc olunduqdan sonra bir həftə ərzində istefa verəcəyəm.

Baş nazir əlavə edib ki, əgər xalq Konstitusiyanın lehinə səs verərsə, növbəti seçkilərdə, istər növbəti, istərsə də növbədənkənar seçkilərdə, baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini rəsmi şəkildə bəyan edir.

Paşinyan, müxalifətin bu təklifi qəbul etməyəcəyini ehtimal etsə də, təklifin açıq olduğunu və müxalifətin son vaxtlar irəli sürdüyü arqumentlər kontekstində nəzərdən keçirilməsini istədiyini vurğulayıb. O qeyd edib ki, müxalifət 2026-cı ilin iyununda keçirilən seçkilərin nəticələrini şübhə altına almaq istəyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: