Deport olunacaq azərbaycanlı ailə miqrasiya idarəsinin əməkdaşlarını girov götürdü – VİDEO
Almaniyada Azərbaycana deport edilməli olan ailə miqrasiya bürosunun əməkdaşlarını girov götürüb.
Minval.İnfo AzEuroNews.com–a istinadən xəbər verir ki, hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində 49 və 53 yaşlı azərbaycanlı cütülüyün yaşadığı qaçqın yataqxanasına gələn Miqrasiya bürosunun (Ausländerbehörde – almanca) əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.

Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı ilər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müdət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deport qərarı çıxarıb.

Qərarın icrasını yerinə yetirən Miqrasiya bürosu və polis əməkdaşları ailə başçısnın və xanımının fiziki təzyiqinə məruz qalıblar.
Qəfildən əl atıb polis əməkdaşlarından birinin xidməti silahını ələ keçirən azərbaycanlı ailə başçısı onları girov götürdüyünü bildirib. Bu zaman evdə olan polis və təcili yardım briqadasının əməkdaşları qaçıblar. Xanımı mətbəx bıçağını götürərək özünə xəsarət yetirməyə başlayıb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları azərbaycanlı ailə başçısının əlindən silahı almağı bacarıb.
Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.
Hazırda faktla bağlı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib