"DÇ-2018"də böyük sürpriz: İspaniya da evə yollanır
Rusiyada keçirilən dünya çempionatı davam edir.
Minval.info xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.
İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların ev sahiblərinə gücü çatmayıb.
İspaniya 12-ci dəqiqədə Sergey İqnaşeviçin avtoqoluna sevinib. 40-cı dəqiqədə Artyom Zyuba penaltidən bərabərliyi təmin edib və əsas vaxt bu hesabla başa çatıb – 1:1.
Əlavə 30 dəqiqədə də qol olmadığından penalti seriyası təyin edilib. Bu zaman Rusiya millisinin qapıçısı İqor Akinfeyev Koke və Yaqo Aspasın zərbələrini dəf edərək Rusiyanı 1/4 finala çıxardıb. Rusların vurduğu 4 penalti zərbəsi dəqiq olub.
Qeyd edək ki, dünən Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.
DÇ-2018
1/4 final
1 iyul
İspaniya – Rusiya 1:1 (Penalti – 3:4)
Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) – Artyom Zyuba, 40-pen.
Penalti seriyası: Andres İnyesta, Cerard Pike, Serxio Ramos, – Fyodor Smolov, Sergey İqnaşeviç, Aleksandr Qolovin, Denis Çerışev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
