Dayı iş adamı olan bacısı oğlunu güllələyib - Fotolar
Minval.info // Türkiyənin Bursa şəhərində iş adamı həyat yoldaşıyla telefonla danışdığı yerdə avtomobilində güllələnərək öldürülüb.
Musavat.com xəbər verir ki, hadisənin törədən iş adamının öz dayısı olub.
Hadisə ötən ilin iyul ayında baş verib. Bursada bir neçə şirniyyat dükanlarının sahibi olan Fatih Kahraman öz dayısı Yılmaz Sevinc tərəfindən qətlə yetirilib. Dayısının polisə verdiyi ifadə isə hər kəsi heyrətləndirib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
O, bacısı oğlunu lüks içində yaşadığına görə öldürdüyünü deyib: “Fatih lüks içərisində yaşayırdı. Biz də onun yanında işləyirdik. Uşaqlarımızın təhsil xərclərini ödəməkdə çətinlik çəkirdik. Dəfələrlə dükanları mənə həvalə etməsini dedim. O məni eşitmədi, mən də onu güllələdim”.

Hadisə Bursanın mərkəzində baş vermişdi. Fatih Kahraman avtomobil idarə edərkən qırmızı işıqda dayanıb. Həyat yoldaşı ilə telefonla danışdığı zaman ona yaxınlaşan bir avtomobildə bir neçə dəfə atəş açılıb. Güllələrdən biri iş adamının başından dəydiyi üçün ağır yaralanıb. Bütün müdaxilələrə rəğmən bir gün sonra beyin ölümü keçirən iş adamı həyatını itirib. Onun orqanları isə ailəsi tərəfindən ehtiyacı olan şəxslərə bağışlanıb. İş adamının ölümü ailəsini üzsə də orqan bağışlaması ilə başqa 7 ailəni sevindirib. İş adamını qətlə yetirən dayısı isə məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Turan Oruc
Musavat.com




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu