"Davam" Turizm klubu "Tour&Info" layihəsinə start verib
Davamlı İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Davam” Turizm klubu tərəfindən “Tour&Info” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk tur Şamaxı və Ağsuya baş tutub.
Tur çərçivəsində bir qrup davamçı gənc Şamaxıda üzüm bağlarında aparılan işlərlə, həmçinin Ağsuda “Az-Granata” şirkətinin şirə və şərab emalı zavodundakı istehsal prosesi ilə tanış olub. Tanışlıq zamanı şirkətin nümayəndələri gəncləri qarşılayaraq istehsalatla bağlı ətraflı məlumat verib.
Zavod gəzintisinin ardından nahar fasiləsində, daha sonra isə çay süfrəsi ətrafında toplanan gənclər müxtəlif mövzular haqqında fikir mübadiləsi aparıblar. Bu zaman doğum günü olan davamçı gənclərdən birinə şirkətin nümayəndələri tərəfindən hədiyyə də verilib.
Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi 17-dən çox müxtəlif istiqamətli klubu özündə birləşdirən bir mərkəzdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq icra başçısı və AXCP üzvlərinin məhkəməsi oldu - saxlanılanlar var
Ombudsman o həkimlərin cəzalandırılmağını istəyir
“Sakinlər özləri istəyib” - Ağaclarla bağlı rəsmi açıqlama
Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı müraciət
"Davam" Gənclər Hərəkatı şəhidlərlə bağlı sosial media kampaniyası başlatdı
Xərçəngdən də ağır xəstəlik meydana çıxa bilər - Şok açıqlamalar
Azərbaycanda 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb








