28.04.2022 - 11:07
Ölkə
19 baxış
"Davam" tərəfindən "Davamçı ol" layihəsinə start verildi - FOTO
“Davam” Gənclər Hərəkatı “Davamçı ol” layihəsinə start verib.
“Minval.info” xəbər verir ki, layihə çərçivəsində görüşlər Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universitetinin birinci və ikinci tədris binası, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə baş tutub və ümumilikdə 3000-dən çox gənc bu görüşlərdə iştirak edib.
Görüşlər zamanı “Davam” Gənclər Hərəkatının nümayəndələri tərəfindən iştirakçılara Hərəkat haqqında ətraflı məlumat verilib, “Davam”-ın gənclərə təqdim etdiyi xidmətlər və ötən dövr ərzində görülən işlərlə bağlı təqdimatlar keçirilib. Səmimi söhbət əsnasında gəncləri maraqlandıran məsələlər barəsində müzakirələr aparılıb, onların təklif və fikirləri dinlənilib.
“Davamçı ol” layihəsi ötən ildə 8000-dən çox gənci əhatə edən “Davamçı gənclər şəbəkəsinin formalaşdırılması” layihəsinin davamlılığının qorunması məqsədi ilə həyata keçirilir və layihə çərçivəsində ali təhsil müəssisələri, həmçinin regionlarda görüş, təqdimat və müzakirələrin baş tutması planlaşdırılır.
Qeyd edək ki, “Davamçı ol” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.














Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
13.09.2026 - 15:41
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
13.09.2026 - 15:06
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
13.09.2026 - 14:59
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
13.09.2026 - 13:28
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
13.09.2026 - 11:29
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
13.09.2026 - 10:05
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
13.09.2026 - 09:30
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
12.09.2026 - 23:07