"Davam" Gənclər Hərəkatı yeni klub yaradır
“Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev və Azərbaycanda yumor sahəsində aktiv fəaliyyətdə olan, Ukrayna teleməkanında ölkəmizi təmsil edən “Kak po Maslu” komandasının kapitanı, Azərbaycan Gülüş Liqasının rəhbəri Cavid Şahbazbəyov arasında görüş baş tutub.
Görüş zamanı qarşılıqlı münasibətlərin perspektivləri barəsində müzakirələr nəticəsində atılacaq növbəti addımlar müəyyən edilib.
Görüşdə tərəflər fikir mübadiləsi apararaq Davamlı İnkişaf Mərkəzi daxilində yumor klubunun yaradılması ilə bağlı qərar qəbul edib. Klubun məqsədi ölkəmizdə gənclərimizin yumor sahəsində fəallığını artırmaq, bu sahədə yeni uğurlu simalar yaratmaqdır.
Qeyd edək ki, klubun yaradılması ilə bağlı lisenziya “Davam” Gənclər Hərəkatına verilib.
Görüşün sonunda əməkdaşlıq sazişi imzalanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"



