“Davam” Gənclər Hərəkatı “Gənclər üçün Dil Kursları” həyata keçirir
“Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “Gənclər üçün Dil Kursları” adlı layihə həyata keçirir.
Kurslar üzrə elan verildikdən sonra qısa müddət ərzində 1000-dən çox gənc kursun iştirakçısı olmaq üçün müraciət edib. Seçim mərhələsindən sonra 4-ü ingilis, 3-ü rus dili üzrə qruplar formalaşıb.
Formalaşdırılan qruplarda karantin qaydalarının pozulmaması və dərs keyfiyyətinin yüksək olması üçün iştirakçı sayı 12 nəfərdən ibarətdir. Dərslər həftədə iki dəfə olmaqla Bakı Dayaq Mərkəzində həyata keçirilir.
Qeyd edək ki, dərslər tamamilə ödənişsiz olmaqla interaktiv qaydada, intensiv proqram və peşəkar müəllimlərlə baş tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!










