"Davam" "Eurasia Global" Beynəlxalq Gənclər Forumunda təmsil olunub

“Davam” Gənclər Hərəkatı “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda təmsil olunub
Rusiya Federasiyasının Gənclərlə İş Agentliyi (Росмолодежь), Orenburq vilayət hökuməti və Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə, UNESCO-nun himayəsi altında 2-8 sentyabr 2021-ci il tarixlərində Orenburqda “Eurasia Global” Beynəlxalq Gənclər Forumu keçirilib.
6-cı dəfə keçirilən “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda 80 ölkədən 500-dən çox gənc lider iştirak edib. Forumun məqsədi Rusiya Federasiyasında yaşayan gənclərlə xarici ölkələrdə yaşayan gənclər arasında təcrübə yönümlü dialoq üçün platforma rolunu oynamaqdır.
Qeyd edək ki, bu il “Davam” Gənclər Hərəkatı sözügedən forumun yerli tərəfdaş təşkilatı olub və forumda hərəkatın sədri Nihad Allahyarlı və baş katib Nigar Aslanova ölkəmizi təmsil edib. Onlar forum müddətində müxtəlif panel müzakirələri, təlimlər və masterklaslarda iştirak ediblər.
Minval.info








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!