"Dava saldı ki, mən dura-dura Mələkxanım "Leyli" olmamalıdır"
“Leyli və Məcnun” tamaşasında cəmi bir dəfə Alim Qasımovla oynadım. Oturmağa yer yox idi, çox insan küçədə qalmışdı. Sənətimi opera ilə bağlamaq istəmədim. Çox janrda ifa edən biriyəm”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Zaurla Günaydın” verilişində deyib.Xanəndə yaradıcılığında niyə bir dəfə “Leyli” obrazını oynamasının səbəbini açıqlayıb:
“1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyi idi. Dörd avtobus adam Kərbəlaya getdik. Orada ifaçılardan mən və Mənsum İbrahimov idi.
Dedilər ki, orada “Leyli və Məcnun”dan bir parça oynanılmalıdır. Mən də uşaqlıqdan operaları əzbər bilirəm. Dedim ki, baş üstə. Mənsumla məşq etdik. Bir ifaçımız orada dava saldı. Bir də gördük qırğındır. Dedi ki, o, operada oynamayıb. Mən dura-dura niyə o, olmalıdır.
Onda qarşıma məqsəd qoydum. Dedim ki, eybi yox, bircə dəfə olsa da, onu oynayacam. Bakıya qayıdanda, getdim operaya və təklif etdim. Dedilər ki, kimlə istəyirsən? Alim Qasımov dedim. Onu təzədən dəvət etdilər, bir il məşq etdik. Dedim, söz vermişəm, ilk və son olacaq. Oxudum və qaldı”.
https://www.youtube.com/watch?v=Zr0-hHU5Wkg&feature=emb_title
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər