Daşkəsənə güclü qar yağdı - Fotolar
Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb.
“Qafqazinfo” xəbər verir ki, günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.
Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun fəaliyyətinin bərpa olunma vaxtı məlum oldu - SON DƏQİQƏ
Yük avtomobillərinə məhdudiyyət qoyulur
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Sahil Babayev müşavirə keçirdi — Saxta əlilliyə görə həbslər başlayacaq
Bakının daha bir hissəsində sürüşmə: Bir ev tamamilə dağılıb
Bu gün Operativ Qərargahın brifinqi olacaq
Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”?