Dambrauskas: "Heç kimdən çəkinmirik, mübarizə aparacağıq
‘Sabah’ futbol klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqlarını qeyd edərək, bu uğurun komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, komandasının qarşıdakı hədəflərindən və azarkeş dəstəyinin vacibliyindən danışıb.
Minval.info xəbər verir ki, Dambrauskas, ‘Biz qrup mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma necə mübarizə aparacağımızı bilmək üçün həll yollarını tapmalıyıq’, – deyə bildirib.
Baş məşqçi azarkeşlərin dəstəyinin komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, ‘Əlbəttə, çox xoşbəxt olardım ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın. Ümid edirəm ki, azarkeşlər bizi sadəcə Çempionlar Liqasında deyil, daxili çempionatda da dəstəkləyəcəklər’, – deyə əlavə edib.
Yeni mövsümdə komandanın üç cəbhədə – Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kuboku – mübarizə aparacağını qeyd edən Dambrauskas, yeni transferlərin həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab verib: ‘Müəyyən limit var: Çempionlar Liqası üçün sifariş ərizəsinə sadəcə 17 əcnəbi oyunçu daxil edə bilərsən. Düşünürəm ki, ən azı qışa qədər bu heyətlə mübarizə aparacağıq’.
Valdas Dambrauskas, ‘Biz heç kimdən çəkinmirik. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Unutmamalıyıq ki, bizi buralara nə gətirib: çox çalışmaq, hər gün məşqlərdə göstərdiyimiz yüksək performans’, – deyə fikirlərini tamamlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib