Daha bir yeni doğulmuş körpə öldü
Minval.info // İmişli rayonunda yeni doğulan körpənin həkim səhlənkarlığından öldüyü iddia edilir.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən baş verib.
Faktla bağlı İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək nəvəsinin həkim səhlənkarlığı ucbatından öldüyünü deyib.
Aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub. Dünyaya gələn körpənin vəziyyəti ağırlaşdığından onu dərhal Perinatal Mərkəzə göndəriblər. Lakin buna baxmayaraq, uşaq orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?