Daha bir transfer rekordu qırılır
Balkan ölkələri üzrə transfer rekordu qırılmaq üzrədi.
Fanat.Az xəbər verir ki, rekord transferin müəllifi Dortmund “Borussiya”sı və “Bayer”in heyətinə qatmaq istədiyi “Dinamo”nun (Zaqreb) futbolçusu Dani Olmo ola bilər.
Almaniyanın “Kicer” və Fransanın “L’Equipe” nəşrlərinin məlumatına görə, iki klub 21 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro təklif edib. Amma “Dinamo” qəbul etməyib.
“L’Equipe” açıqlama verən Dani Olmonun meneceri Andi Bara “Futbolçu yaxın günlərdə öz qərarını verəcək. Amma əsas qərarı “Dinamo” verməlidi. İndiyədək gələn bütün təkliflər rədd edilib. Bu təkliflər qəbul edilsəydi, bütün Yuqoslaviyanın ən bahalı transferi ola bilərdi. “Dinamo” 40 milyon avroluq təklifi qəbul edəcəyini bildirib” deyib.
Dani Olmo “Barselona” akademiyasının yetirməsidi. O, 2014-cü ildə 200 min avro qarşılığında “Dinamo”ya transfer olunub. 21 yaşlı futbolçu ötən mövsüm Zaqreb klubunun əsas heyətində 44 oyun keçirərək 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Balkan ölkələrinin rekord transferi Marko Pyasa hesab olunur. O, 2016-cı ildə Zaqreb “Dinamo”sundan “Yuventus”a 23 milyon avroya transfer olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub
Azərbaycan futbolunda ilk - “Sabah” maliyyə hesabatını açıqladı
“Liverpul”un baş məşqçisi: Salah sabah oruc tutsa...
PSJ-nin daha bir yetirməsi “Qəbələ”yə transfer olunub
Avropa Liqası: Qrup mərhələsinin oyunları başlayır
Mesut Özil ilin döyüşkən legioneri seçildi
Millimiz qələbəni son dəqiqələrdə əldə verdi