Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.
T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş. O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.
T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu