Daha bir marşrut xətti “Baku Bus”a verildi

Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “Baku Bus” MMC-nin istismarında olan iritutumlu “İveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib: “Belə ki, avtobusların son dayanacaq məntəqəsi “Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib”.
“Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər. Həmçinin 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır