Daha bir məscidə hücum olub - Video
İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.
Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.
İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.
Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib.
Polis hadisədən dərhal sonra axtarışa başlayıb.
Qeyd edək ki, Yeni Zelandiyada bir məscidə silahlı hücum zamanı 50 nəfər müsəlman qətlə yetirilib.
Hadisənin görüntülərini təqdim edirik:
https://youtu.be/0b6psHZxwfk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Merkel Quterreşin təklifini rədd etdi
Zurabişvilidən Saakaşviliyə ağır ismarıc
Azərbaycanlılar Almaniyada həbsxanada qiyam qaldırıblar
İrəvanda ictimai-siyasi böhran dərinləşir: Ermənistan hökumətində parçalanma
Ailəsinin 5 üzvünü qətlə yetirdi, sonra özünü vurdu - FOTO
3 gündür "yoxa çıxan" tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar
15 yaşı var, bir filmdən 6 milyon qazanacaq