Daha bir icra başçısı keçmiş həmkarının kadrını işdən çıxardı
Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin yaxın kadrını vəzifəsindən azad edib.
Minval.info unikal.org-a istinadən xəbər verir ki, Asif Ağayevin müvafiq əmri ilə, başçının köməkçisi vəzifəsində çalışan Məmmədov Tofiq Canbaxış oğlu vəzifəsindən kənarlaşdırılıb. Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısının digər əmri ilə, Tofiq Məmmədov İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub.
Hələlik Beyləqan rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyinat yoxdur.
Xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, bu yaxınlarda Binəqədi RİH-nin rəhbəri sabiq başçısının kadrını işdən uzaqlaşdırıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!