Daha beş koronavirus xəstəsinə cinayət işi açılıb
Dekabrın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 5 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada