Daha 50 min şəxsə birdəfəlik ödəniş edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 50 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram üzrə 600 min şəxs üçün birdəfəlik ödəniş edilməsi nəzərdə tutulub. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 400 minə çatıb. Onlara ümumilikdə 76 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürülən şəxsin bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir.
O, mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır