Daha 4 istiqamət üzrə “Biletim.az” portalından onlayn bilet almaq mümkün oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 4 istiqamət əlavə edilib.
Artıq sərnişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.
Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yüksəksürətli qatarlar niyə yoxdur?
Xəzər dənizi sahildən 12 km çəkilə bilər
Neftin qiyməti 107 dolları keçdi!
Bakı-Qazax yolunda faciə: İki nəfər öldü
Bakının iki rayonunda qaz kəsintisi olacaq!
Bakıda yağışlı hava: Tıxaclı yolların siyahısı açıqlandı
Bakı "ADEX 2026" sərgisinə ev sahibliyi edəcək