Xəzər dənizi sahildən 12 km çəkilə bilər
Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ciddi xəbərdarlıq edilib. Belə ki, dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər. Bu barədə Milli Məclisin deputatı Sadiq Qurbanov “Bakı İqlim Fəaliyyəti Həftəsi -2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” adlı müzakirələr zamanı bildirib.
Minval.info xəbər verir ki, deputat Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi və iqlim dəyişkənliyinin artdığı bir dövrdə Xəzərin elmi tədqiqi xüsusi əhəmiyyət kəsb edir.
Sadiq Qurbanov əlavə edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur normaya nisbətən 1.3 dərəcə artıb. 2025-ci ildə isə bu artım 1.8 dərəcə təşkil edib. Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Əgər su səviyyəsinin azalması davam edərsə, Nabran-Şabran zonasında dəniz sahildən 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr uzaqlaşa bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb