Azərbaycan səfirliyindən "The Guardian"a sərt cavab!
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ‘The Guardian’ qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib. Səfirliyin müşaviri Günel Səlimova tərəfindən qəzetin redaksiyasına ünvanlanan məktubda, məqalənin müəllifinin fikirlərinin əksinə olaraq, müvafiq filmin şovinist mövqe ehtiva etdiyi və mövcud reallığı əks etdirmədiyi bildirilib.
Minval.info xəbər verir ki, məktubda keçmiş münaqişədən bəhs edilərkən, Azərbaycan xalqının yaşadığı faciələr, işğalın humanitar və sosial nəticələri, eləcə də davam edən mina təhlükəsinin nəzərə alınmasının vacibliyi vurğulanıb. Həmçinin, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən yaranan münaqişənin, Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndiyi qeyd olunub.
Məktubda, Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi, liderlərin son görüşlərində sülhün və normallaşmanın konkret nəticələrinin müzakirə edildiyi bildirilib. İki ölkə arasında ticarət əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və regional bağlantı layihələrinin müzakirə olunması məsələləri də diqqətə çatdırılıb. Azərbaycan tərəfi, keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrə yönəldilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda azərbaycanlı vətəndaşdan xəbər yoxdur!
Brent nefti 98 dollar səviyyəsini keçdi
Azərbaycan kinosu böyük rejissorunu itirdi
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!