Dağlıq bölgələrdə yağış və şimşək müşahidə olunub
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb və şimşək çaxıb.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağıntılar qeydə alınıb. Düşən yağıntının miqdarı Balakəndə 8 mm, Kəlbəcər və Gədəbəydə 7 mm, Daşkəsəndə 5 mm, Göygöldə 4 mm, Goranboyda 3 mm, Sədərəkdə 2 mm, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur və Şahbuzda isə 1 mm-dək olub.
Bəzi bölgələrdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib