Dağıstanda zorlanmaqla hədələnən müğənni konsertini təxirə saldı
Rusiyalı müğənni Yeqor Kridin Dağıstandakı konserti yerli sakinlərin təhdidlərindən sonra təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Black Star leyblın Instgram akkauntunda məlumat verilib.
“Son vəziyyəti nəzərə alaraq, biz konsertdə iştirak etmək istəyən insanların təhlükəsizliyini riskə atmaq istəmədik. Yaranmış vəziyyətə görə təəssüf edirik və ümid edirik ki, leyblın artistləri Dağıstanda yaxın gələcəkdə çıxış edə biləcəklər”, – məlumatda deyilir.
Bundan əlavə leyblın digər artisti Doninin sentyabrın 8-də Kaspiysk şəhərində planlaşdırılmış konserti də ləğv edilib.
Xatırladaq ki, Mahaçqalada konsertlə çıxış etməyi planlaşdıran E. Kridi təhdid yerli sakinlər tərəfindən olunub. Bir neçə gün öncə sosial şəbəkələrdə bəzi istifadəçilər konsertin təxirə salınmayacağı təqdirdə, müğənniyə hədə-qorxu gələrək onu zorlayıb öldürəcəklərini bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib