Dələduzlar "MilliÖn" adı ilə fişinq tələsi qurdu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ‘MilliÖn’ adı ilə yaradılan saxta ödəniş səhifələrini aşkarlayıb. Bu səhifələr vasitəsilə istifadəçilərə cəmi 1 AZN qarşılığında 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edən fişinq kampaniyası həyata keçirilib.
Minval.info xəbər verir ki, dələduzlar ‘MilliÖn’ün rəsmi səhifələrini təqlid edərək million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradıblar. Bu səhifələrdə istifadəçilərdən kart sahibinin adı və soyadı, kart nömrəsi, son istifadə tarixi, CVV kodu və telefon nömrəsi kimi məlumatlar tələb olunub.
MKA-nın texniki araşdırmaları nəticəsində məlum olub ki, daxil edilən məlumatların real ödəniş sisteminə və ya banka ötürülməsi üçün heç bir mexanizm mövcud deyil. Əksinə, məlumatların üçüncü tərəfə, o cümlədən ‘Telegram’ xidmətinə göndərilməsini təmin edən funksiya aşkarlanıb. Eyni zamanda, ‘AzərPay’ və ‘Ulduz Pay’ adlarından istifadə edilən saxta səhifələr də müəyyən edilib.
Mütəxəssislər bu cür kampaniyalarda təqdim olunan şübhəli keçidlərə daxil olmamağı və bank kartı məlumatlarını tanımadığınız saytlarda paylaşmamağı tövsiyə edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi