"Çukur"a söyüş və öpüşmə səhnələrinə görə rekord cəza - VİDEO

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də yayımlanan “Çukur” serialını cəzalandırıb.
Minval.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, şuranın qərarına əsasən, efirdə yayımlanan söyüşlərin kanalın rəsmi saytında yerləşdirilməsinə görə 1 milyon, öpüşmə səhnələrinin çox olması səbəbindən isə 260 min TL pul cəzası verilib.
RTÜK-ün yaydığı açıqlamada deyilir: “Serialda söyüş səhnələri efirdə verilməyib, lakin həmin kadrlar Show TV-nin rəsmi saytında yerləşdirilib və qeyri-etik ifadələr açıq şəkildə yer alıb. Bundan əlavə, efirdə söyüş zamanı səsin kəsilməsi düzgün həyata keçirilməyib. Vulqar ifadələr aktyorun ağız hərəkətlərindən izləyicilər tərəfindən başa düşülür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu