Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası...
Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün bir o qədər də xarakterik deyil.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta sutkalıq temperaturu çoxillik iqlim normasından 1 dərəcəyədək yüksəkdir. Hazırda Bakı və Abşeron yarımadasında gündüz saatlarında 23-24 dərəcə isti müşahidə edilir. Lakin normal halda bu temperatur 19-21 dərəcə olmalı idi.
M.Həsənov qeyd edib ki, temperaturun normadan yüksək olması bütün ölkə ərazisində müşahidə edilsə də, bu, özünü daha çox Mərkəzi Aran rayonlarında göstərir.
Alim temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daxil olması ilə izah edib: ” Ümumiyyətlə, bu il bir qədər isti və quraq keçir. Bunun səbəbi cənub hava kütlələrinin daha çox təkrarlanması ilə bağlıdır”.
M.Həsənov əlavə edib ki, ümumilikdə oktyabrın birinci ongülüyündə müşahidə edilən havanı payız fəsli üçün çox xarakterik saymaq olmaz. Onun sözlərinə görə, bir neçə gün əvvəl ölkədə havanın temperaturu indikindən daha yüksək idi. Həmin vaxt havanın orta sutkalıq temperaturu iqlim normasından 2 dərəcə yüksək olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi
Təhsil Nazirliyindən məktəblilərin qış tətili ilə bağlı qərar
Deputat oğlunun federasiyası bağlanır
Deputat şirkətlərindən birini ləğv etdi - Daha ikisi var
Bakı yaxınlığında bəzi yaşayış evləri vulkanlara yaxınlaşır - XƏBƏRDARLIQ
Ali Məhkəmə Vidadi Muradovun əmlakı ilə bağlı qərarı elan edib