Cocuq Mərcanlının yeni sakinləri nə vaxt evlərinə köçürüləcək? — Rəsmi açıqlama
Cocuq Mərcanlıda ikinci mərhələdə evlərin tikintisi artıq başa çatıb.Minval.İnfo xəbər verir ki,bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
K.Həsənov bildirib ki, hazırda suvarma məqsədi ilə çəkilən xətlərlə bağlı bəzi tamamlanma işləri aparılır.
İcra başçısı qeyd edib ki, sakinlərin köçürülməsi üçün artıq hər şey hazır vəziyyətdədir, sadəcə hava şəraiti köçürmə prosesini bir az ləngidib. K.Həsənovun sözlərinə görə, bu və ya gələn ay artıq sakinlərin Cocuq Mərcanlıya köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib