Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN
Əcnəbilər Azərbaycanda üç ali təhsil müəssisəsinə Prezidentin təsis etdiyi qrant proqramı əsasında da qəbul ola biləcəklər.
Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “ADA” Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının və Bakı Mühəndislik Universitetinin nizamnamələrində dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ADA” Universitetinə qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə Universitetlə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq həyata keçirilir.
Habelə Akademiyanın və Bakı Mühəndislik Universitetinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO