ÇL:“Qarabağ” ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb
“Qarabağ” bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununu keçirib.
Minval.İnfo saytının məlumatına görə, Azərbaycan çempionu öz meydanında “Olimpiya” ilə qarşılaşıb.
Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüklə çıxıb. Matçın ilk dəqiqələrində qonaqlar daha fəal olsa da, “Qarabağ” üstünlüyü ələ almağı bacarıb.
Ağdam təmsilçisi daha çox hücum etdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb.
Çempionlar Liqası
18 iyul
“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) – 0:0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir