Çingiz Qənizadə: “Kreditlərin faiz dərəcələri aşağı salınsın”
“10 milyonluq Azərbaycanın əhalisinin 7 milyonunu əhatə edəcək bir qərarın verilməsi təbii ki, alqışlanmalıdır”.
Deputat Çingiz Qənizadə bu fikirləri Milli Məclisdə, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik sənədinin müzakirəsi zamanı söylədi. O, qanuna dəyişikliyi yüksək dəyərləndirdi: “Təkcə əmanətçilərin deyil, həm də bankların maraqlarına uyğun bir qərarın verilməsi yüksək qiymətləndirilməlidir”.
Ç.Qənizadə dedi ki, Azərbaycanda prezident əmanətlərin tam sığortalanması barədə qərar verdi, bu da çox ciddi addımdır.
Ç.Qənizadə ardınca banklara da çağırış etdi: “Banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə də nəzər salınmalıdır. Çünki kreditlərin qaytarılmasında çətinliklər var. Çox arzu edirəm ki, yaxın zamanlarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələri xeyli aşağı salınsın”.(musavat)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!