Çingiz Abdullayevdən Polad Bülbüloğluna müdafiə mesajı
Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması ilə bağlı yayılan xəbərlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xalq yazıçısı Çingiz Abdullayev bu məsələyə münasibət bildirərək, Polad Bülbüloğluna dəstək verib.
Minval.info xəbər verir ki, Çingiz Abdullayev “Facebook” hesabında etdiyi paylaşımda jurnalistlərin Polad Bülbüloğlunun şəxsi həyatına həddindən artıq maraq göstərməsini tənqid edib. O, bu məsələnin şəxsi olduğunu və bu cür davranışların mədəniyyətsizlik olduğunu vurğulayıb.
Xatırladaq ki, mediada Polad Bülbüloğlunun Gülnarə Şıxəliyevadan boşandığı və Eteri Leonidovna adlı şəxslə ailə qurduğu barədə məlumatlar yayılıb. Polad Bülbüloğlu isə bu iddiaları təkzib edərək, onların həqiqətdən uzaq olduğunu bildirib və Azərbaycana qayıtdıqdan sonra bu xəbərləri yayan media qurumlarına qarşı hüquqi addımlar atacağını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib