05.10.2026 - 14:14
Çində 2025-ci ildə 670-dən çox bank bağlanıb
İqtisadiyyat 7 baxış

Çində 2025-ci ildə 670-dən çox bank bağlanıb

Çində 2025-ci il ərzində 670-dən çox bankın fəaliyyətinə xitam verilib. Bu nəticə ölkədə bankların ümumi sayının təxminən dörddəbir azalmasına səbəb olub.

Minval.info xəbər verir ki, bağlanan bankların əksəriyyəti kənd yerlərində fəaliyyət göstərirdi. Bu addım kiçik maliyyə qurumlarına nəzarəti gücləndirmək və bank sektorunu konsolidasiya etmək məqsədi ilə atılıb.

Mütəxəssislər bildirirlər ki, bu prosesin əsas məqsədi tənzimləmənin sadələşdirilməsi və likvidliklə bağlı potensial problemlərin qarşısının alınmasıdır.

Bank sektorundakı bu dəyişikliklər Çinin iqtisadiyyatında baş verən digər proseslərlə, xüsusilə daşınmaz əmlak bazarındakı əvvəlki sürətli artımın dayanması ilə üst-üstə düşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: