Çinə qarşı nəhəng anlaşma: 13 ölkə birləşdi –

Yaponiya və 13 Sakit okean ada dövləti Çinin təhdidkar fəaliyyətləri qarşısında “Azad və Açıq Hind-Sakit Okean strategiyası”nı həyata keçirməyi qəbul edib.
Minval.info xəbər verir ki, Yaponiya müdafiə naziri Kişi Nobuo “Yaponiya-Sakit okean adaları Müdafiə Dialoqu” onlayn zirvəsində 13 həmkarı ilə görüşərək ikitərəfli və regional inkişaf mövzusu ətrafında fikir mübadiləsi aparıb.
Görüşdən sonra yayımlanan birgə bəyannaməyə görə, Yaponiya və ada ölkələri Çinin bölgə dənizlərində təhdidkar fəaliyyətləri qarşısında əməkdaşlıq vəd ediblər.
“Azad və Açıq Hind-Sakit okean strategiyası”nın razılaşdırıldığı qeyd edilən bəyannamədə təhdidlərə qarşı inamın və qarşılıqlı anlaşmanın artırılmasına vurğu olunub.
Bəyannamədə Şimali Koreyanın nüvə fəaliyyətlərinin yaratdığı təhlükələrə də diqqət çəkilib.
ABŞ, İngiltərə, Fransa, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri də onlayn sammitdə iştirak ediblər.
13 Sakit okean adası dövləti Kuk adaları, Fici, Kiribati, Marşal adaları, Mikroneziya, Nauru, Niue, Palau, Papua Yeni Qvineya, Solomon adaları, Tonqa, Tuvalu və Vanuatudan ibarətdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sarkiyanın istefası ailəsini VURDU
Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu
İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"
Poroşenko: Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq
Milli Məclis bu gün yeni məmur təyin edəcək
Erməni jurnalist Bakı haqda: "Satıcı erməni olduğumuzu biləndə..." - FOTOLAR