Çin iqtisadiyyatının “ürəyi” misli görünməmiş problemlərlə qarşılaşıb
Çin iqtisadiyyatının “ürəyi” adlandırılan və mikrosxem istehsalçısı olan SMIC şirkəti əvvəllər məlum olmayan problemlə üzləşib.
“Report” CNBC-yə istinadən xəbər verir ki, istehsal şirkətinin rəhbərinin qəfildən istefasına elan etməsindən sonra SMIC dünyanın əsas fond indekslərindən birindən çıxarılıb.
Belə ki, dekabrın ortalarında SMIC şirkətin həmrəhbərlərindən olan Mon Sun Lyanın istefa planlarından xəbərdar olduğunu elan edib və top menecerin həqiqi niyyətlərini və bu hərəkətin səbəblərini aydınlaşdıracağını vəd edib.
Bununla eyni zamanda dünyanın aparıcı fond indekslərindən birini hesablayan Amerikanın fond provayderi MSCI bir sıra Çin şirkətinin, o cümlədən də SMIC-nin xaric olacağını elan edib.
Şirkətin indeksdən kənarlaşdırılmasının səbəbi Çindəki ayrı-ayrı müəssisələrlə, yəni texnologiya sektoru ilə əməkdaşlığın qanuni qadağan edilməsidir. ABŞ rezidentləri üçün bu cür əməkdaşlığa qadağa qoyulub.
Bundan sonra Honkonq Fond Birjasında SMIC səhmləri dekabrın 16-dakı ticarət sessiyasında 4,9% ucuzlaşıb.
Hazırda şirkətin bir səhmi 20,2 Honkonq dolları (2,6 ABŞ dolları) civarında ticarət edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək