Çin iqtisadiyyatı bu ilin ilk rübündə 18 faiz böyüyüb
Çin iqtisadiyyatı bu ilin ilk 3 ayında keçən ilin eyni dövrünə nisbətdə 18,3 faiz böyüyüb.
“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bu, Çinin 1992-ci ildə rüblük iqtisadi göstəriciləri qeydiyyata almasına başlamasından bu yana ən böyük ÜDM artımıdır. Bununla belə, artım iqtisadçıların proqnozlarından aşağı olub. Belə ki, analitiklər bu ilin ilk rübü üçün 19 faizlik artım proqnozlaşdırırdı.
Bununla belə, keçən il koronavirus pandemiyasının səbəb olduğu böyük iqtisadi daralma fonunda bu böyümənin ciddi artım göstəricisi olmadığı bildirilib.
Qeyd edək ki, 2020-ci ilin birinci rübündə Çin iqtisadiyyatı koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən 6,8% geriləmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi