Çimərliklərdə qiymətlər - VİDEO

Son günlər havaların isti keçməsi çimərliklərə üz tutanların sayını artırıb.
Minval.İnfo xəbər verir ki, istirahət üçün pulsuz çimərliklərə gedənlərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini gündəmə gətirir.
Çəkiliş zamanı məlum oldu ki, əksər özəl çimərliklər yay fəslinə tam hazır vəziyyətə gətirilib və xidmətə başlayıb. Çimərliklərin bəzilərinə giriş pulsuzdur, yalnız göstərilən xidmət qarşılığında pul alınır. Bəzilərinə isə giriş pulludur.
Çimərliklərin əksəriyyətində çardaq və ya stol-stul dəstindən istifadə 5-10 manata başa gəlir.
Burada çayın qiyməti iki manatdan başlayır.
Özəl çimərliklərdə 2 nəfər üçün yemək sifarişi 20 manatdan ucuz deyil.
Bəzi çimərliklərdə istirahətə gələnlər üçün “fastfood” yeməklər də təklif olunur.
Əvvəlki illərlə müqayisədə, bu il çimərliklərə gedən turistlərin sayının da artacağı gözlənilir. Bu məqsədlə çimərliklərə xarici dil bilən ofisiantlar da cəlb edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir