Ceyhun Bayramovun Ukrayna səfəri: Azərbaycanın əsas hədəfi nədir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri, ölkənin beynəlxalq siyasətdə balanslı mövqeyini bir daha təsdiqləyir. Bu səfər, Azərbaycanın heç bir qarşıdurmada tərəf olmadığını və bütün tərəfdaşlarla konstruktiv dialoq qurmağa çalışdığını göstərir.
Minval.info xəbər verir ki, politoloq Şəbnəm Həsənova, bu səfərin regional əməkdaşlıq və iki ölkə arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. O, həmçinin Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və kommunikasiya xətlərinin inkişafının da bu səfərin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.
Enerji təhlükəsizliyi qədər, logistika imkanlarının yenidən dəyərləndirilməsi də dövlətlər üçün vacibdir. Bu baxımdan, səfər potensial əməkdaşlıq imkanlarının üzə çıxarılması üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan regionda əsas aktor kimi çıxış edir və bu, Ukrayna üçün yeni imkanlar yaradır.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Şəbnəm Həsənova əlavə edib ki, Ceyhun Bayramovun Rusiya səfərindən sonra Ukraynaya səfəri, Azərbaycanın hər iki ölkə ilə normal əlaqələrə malik olduğunu göstərir. Azərbaycan milli maraqlarını əsas tutaraq siyasət yürüdür və bu maraqların təmin edilməsində rəqabətdən uzaq qərarlar qəbul edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Kiyevdəki səfirliyini də ziyarət edib. Bu səfər, Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyətinin müzakirə edilməsi üçün də bir fürsət olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq