Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
İlham Əliyev fərman imzaladı
“Şuşadakı məscidimizi fars məscidi kimi təqdim etmək istəyirdilər”
Pakistan səfirliyi Azərbaycana başsağlığı verib
Zaxarova Lavrovun Hitlerlə bağlı sözlərinə aydınlıq gətirdi
Prezident sərəncam imzaladı - Bu qurum ləğv edildi