Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb (FOTO)
10 noyabr 2021-ci il tarixində Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Jan İv Lö Drian Fransının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə edilib.
Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənstan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəiyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.
Görüşdə nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı Paşinyana cavab verdi
Latviya bütün Avropanı Rusiyaya qarşı mübarizəyə çağırıb
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir
Zelenski: "Hazırda sülhün olması real deyil"
Keçmiş nazirin qohumları da işdən qovuldu - SON DƏQİQƏ
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Qənirə Paşayeva: "Atatürkün indi məzarda sümükləri sızlayır"

